Ərdoğan ABŞ və NATO-nu terror təşkilatlarına dəstəyi dayandırmağa çağırıb.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu, mətbuat konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında yer alıb.
O, Türkiyənin bəzi müttəfiqlərinin terror təşkilatları ilə olan münasibətlərini qəbul etmədiyini bildirib.
"Terrorla mübarizə sahəsində birgə səylərin artırılması vacibdir. Terrorla mübarizədə müttəfiqlər arasında əməkdaşlığı gücləndirmək lazımdır. 40 ildir ki, biz müttəfiqlərimizdən NATO-nun müəyyən etdiyi iki əsas təhlükədən biri olan terrorla mübarizədə həmrəylik gözləyirik. Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesində qəbul etdiyimiz qərarlar və qurduğumuz daimi məsləhətləşmə mexanizmləri terror təhlükəsinin, xüsusilə PKK-nın məqsədini daha yaxşı başa düşməyə səbəb oldu", - deyə prezident vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyənin bəzi müttəfiqləri terror təşkilatları ilə qurduğu əlaqələri davam etdirir:
"İsrail rəhbərliyinin NATO ilə tərəfdaşlıq əlaqələrini davam etdirməsi mümkün deyil. Mütəffiqlərimizi alyansın birliyinə və bütövlüyünə xələl gətirən bu yanlış siyasətlərdən əl çəkməyə çağırışımı təkrar edirəm".
Gülşən Şərif
















