“Azərbaycan NATO sammitində iştirakını son məqamda açıqladı, Ermənistan isə ən əvvəldən elan etdi və sammitə qaça-qaça getdi. Rusiya da ona qarşı hansısa tədbir görmədi”.
Bu barədə Bakıvaxtı.az-a rəsmi Bakının sözügedən sammitə qatılmasının Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirib-gətirməyəcəyini şərh edərkən Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.

O qeyd edib ki,. Rəsmi Bakı xarici siyasət kursunu Rusiya ilə bağlanmış sazişin 7-ci maddəsi ilə buxovlamalı deyil:
“Mən bunu doğru hesab etmirəm. Rusiyanın qatılmayacağı tədbirə Azərbaycanın da qatılmaması doğru deyil. Bizim öz maraq və mənafelərimiz var. Bu tədbir bizim maraq və mənafeyimizə uyğundursa, iştirak etməliyik, uyğun deyilsə, qatılmayacağıq. Bunun üçün Moskvadan məsləhət, icazə alası deyilik”.
Aydın Baxış
















