• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

DÜNYA

09 Avqust 2025 | 02:00 | Müəllif: Subhan Mahmudov

Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

Ermənistan və ABŞ avqustun 8-də Vaşinqtonda iki ölkənin liderləri - Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında danışıqların yekunu üzrə üç sənəd imzalayıb.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

"Üç əsas istiqamət üzrə strateji əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ermənistan və ABŞ hökumətləri arasında üç anlaşma memorandumu imzalanıb", - o qeyd edib.

Onun sözlərinə görə, “Sülhün kəsişməsi” layihəsinin potensialının inkişafı sahəsində əməkdaşlığa, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığa dair memorandum imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026