• Bakı 24° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Ukrayna müharibəsi tarixində ən böyük hücum... - Kelloq

DÜNYA

08 Sentyabr 2025 | 00:24

Ukrayna müharibəsi tarixində ən böyük hücum... - Kelloq

Rusiyanın sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

"İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki ofisinə olub", - o bildirib.

O xatırladıb ki, iki həftə əvvəl Ukraynada səfərdə olarkən Baş nazir Yuliya Sviridenko ilə birlikdə gecə rusların vurduğu hökumət binasında olublar.


SON XƏBƏRLƏR

07 Sentyabr 2025
06 Sentyabr 2025