• Bakı 19° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Xarici agentləri Gürcüstandan çıxarmalıyıq - Kobaxidze

DÜNYA

07 Oktyabr 2025 | 23:00

Xarici agentləri Gürcüstandan çıxarmalıyıq - Kobaxidze

"Gürcüstanın siyasi sistemini canlandırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Baş nazir 2028-ci ildə keçiriləcək seçkilərə yeni siyasi spektrlə yanaşılacağına ümid etdiyini bildirib. Hökumət başçısı qeyd edib ki, Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır.

"Biz artıq oktyabrın 5-də 2028-ci il parlament seçkilərinə hazırlığa başlamışıq. Biz bütün cəbhələrdə hazırlaşırıq. Ümid edirik ölkəmiz 2028-ci il seçkilərini yenilənmiş siyasi spektrlə qarşılayacaq. Bu vacibdir. Gürcüstan siyasətində artıq heç bir xarici agent olmamalıdır. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır. Biz buna nail olmaq üçün bütün hüquqi vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik. Bu, bizim ən vacib alətlərimizdən biridir", – deyə Kobaxidze vurğulayıb.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025