ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatını ABŞ-ın Qəzzada sülh razılaşması şərtlərini qəbul etməyə çağırıb və əlavə edib ki, bu, son xəbərdarlıqdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Truth Social səhifəsində qeyd edib.
"Hər kəs girovların evlərinə qayıtmasını, müharibənin bitməsini istəyir. İsraillilər mənim şərtlərimi qəbul etdilər. HƏMAS üçün də onları qəbul etməyin vaxtıdır", - Tramp yazıb.
O əlavə edib ki, başqa xəbərdarlıq olmayacaq.