ABŞ və Kanada yeni "Qızıl Qübbə" (Golden Dome) hava hücumundan müdafiə (HHM) sisteminin işlənib hazırlanması və əhatə dairəsinin genişləndirilməsi üzərində işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşündə deyib.
Trampın sözlərinə görə, layihə iki ölkənin birgə təhlükəsizliyinin mühüm elementi olacaq.
"Biz "Qızıl Qübbə" layihəsi üzərində sıx əməkdaşlıq edirik - bu, müdafiə mexanizmidir və siz onun necə işlədiyini görə bilərsiniz. Bu, inanılmazdır. Ronald Reyqan bunu arzulayırdı, lakin o səviyyədə texnologiya o vaxt mövcud deyildi. İndi isə hər iki ölkə üçün "Qızıl Qübbə" üzərində işləyəcəyik və bu, xüsusilə hazırkı qlobal vəziyyəti nəzərə alaraq, son dərəcə vacibdir", - o vurğulayıb.