Biz həmişə sülhü və bütün insanların ləyaqətinə hörməti bəyan etməliyik.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo jurnalistlərə müsahibəsində deyib.
Pontifik HƏMAS-ın İsrailə qarşı hücumunun ikinci ildönümü ilə bağlı bildirib: “Bu, çox ağrılı iki il oldu. İki il əvvəl bu terror aktında 1200 nəfər həlak olmuşdu. İki il ərzində təxminən 67 min fələstinli öldürülüb. Biz dünyada nə qədər nifrətin olduğunu düşünməli və özümüzə nə edə biləcəyimizi soruşmağa başlamalıyıq. Nifrəti azaltmalı, dialoq qurmaq və sülh üçün həll yollarını axtarmaq qabiliyyətinə qayıtmalıyıq. Biz həmişə sülhü və bütün insanların ləyaqətinə hörməti bəyan etməliyik. Bu, kilsənin mesajıdır. Biz də kilsənin əlçatan olan yolları ilə daim dialoqu təşviq etməyə çalışacağıq”.
Roma Papası, həmçinin son dövrlərdə artan antisemitizm halları ilə bağlı deyib: “Biz terrora səbəb olan qrupları qəbul edə bilmərik. Dünyada nifrətin bu formasını həmişə rədd etməliyik. Eyni zamanda, istər artsın, istərsə də artmasın antisemitizmin mövcudluğu narahatlıq doğurur”.
Papa Leo hər kəsdən xüsusən də bu ay ərzində sülh üçün dua etməyi xahiş edib.