• Bakı 17° C

    3.93 m/s

Ermənistanı sülhdən uzaqlaşdıranlar var: Paşinyanın sərsəm bəyanatları nəyə hesablanıb?

SİYASƏT

31 Yanvar 2024 | 12:40 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanı sülhdən uzaqlaşdıranlar var: Paşinyanın sərsəm bəyanatları nəyə hesablanıb?

"Torpaqlarımız işğal altında olanda Nikol Paşinyan Şuşada, Cıdır düzündə tullanıb-düşürdü. Amma müharibədə məbluğ olandan sonra sülhdən danışmağa başladı. Sizcə səmimi ola bilər?".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev deyib.

Ekspert bildirib ki, Nikol Paşinyanın bütün addımları təzyiq altında baş verir:

"Paşinyan birdən-birə niyə dəyişsin ki? Baş nazir mütəmadi olaraq Rusiyaya, KTMT-yə müraciət edirdi ki, Moskva onları müdafiə etsin, bizə qarşı döyüşsünlər. Yəni Rusiyanı da prosesin içinə sürükləməyə çalışırdı. Paşinyan hökuməti bütün imkanlardan maksimum yararlanmaqla Azərbaycana qarşı mübarizə aparıb. Ancaq gördülər ki, reallıq tamam başqadır, edə biləcəkləri heç nə qalmayıb, ondan sonra başladılar "sülh”dən danışmağa. Bu da məcburiyyət qarşısında geri çəkilməkdir”.

Onun sözlərinə görə, Paşinyan sərsəm bəyanatlar səsləndirir, "sülh kəsişməsi" kimi qeyri-real layihələrdən danışırlar:

“Bir tərəfdən AŞPA-da əleyhimizə səs verir, digər tərəfdən deyirlər ki, "sizə yeni mina xəritələrini verəcəyik". Bunların hamısı siyasi manevrlərdir. Arxasında sülh prosesini uzatmaq, özləri üçün daha münbit vəziyyətin yaranmasını gözləmək və Azərbaycanla mübarizəni davam etdirməkdir. Paşinyanın "silahlara qarşılıqlı nəzarət" və "hücum etməmək"lə bağlı gündəmə gətirdiyi məsələlər də çox absurddur. Belə məsələlərin sülh müqaviləsinin imzalanmasına nə dəxli var? İrəvan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, baza prinsiplərinə etiraz etmirsə, sülh sazişinə imza atmalıdır. Paşinyandan tələb olunan budur".

Mehman Əıiyev:İrəvan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə sülh sazişinə imza atmalıdır

Həmsöhbətimiz qeyd edib ki, Ermənistan rəhbərliyinin gündəmə gətirdiyi məqamlar, təhlükəsizlik məsələləri sonrakı mərhələnin mövzusudur:

"Hamısı sülh danışıqlarının uzanmasına hesablanmış addımlardır. Mən bu prosesin içində vətəndaş cəmiyyətinin nümayəndəsi kimi iştirak edirəm. 3 ildə erməni tərəfi çalışır ki, heç bir yaxınlaşma olmasın. Bunu onların üzlərinə də deyirəm ki, "sizi bura təlimatla, tapşırıqla göndəriblər". Erməni nümayəndələri sərbəst adamlar deyil. İşləri-gücləri bizi əsassız ittiham etmək, gözdən salmaqdır. Bu da Ermənistan hökumətinin ana xəttidir".

M.Əliyev əlavə edib ki, Rusiyanın özündə də, o cümlədən Qərb ölkələrində Ermənistanı sülh prosesindən uzaqlaşdıranlar var:

"Erməni lobbisi ilə işləyən qüvvələr sülhün əldə olunmasında maraqlı deyillər. Həmin dairələr İrəvanı ləngidir, manevrlər etməyi tövsiyə edirlər. Ancaq transmilli qruplar öz maraqları naminə olsa da, regionda sülhdə və Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Çünki iqtisadi və logistik layihələrin həyata keçməsi onların da işinə yarayır. Mövcud konflikt bunun qarşısını alır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026