Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında bildirib.
"Parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın Aİ-yə üzv olmaq niyyəti ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir", - o qeyd edib.
***
11:10
Ermənistan Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Layihə bu gün hökumətin iclasında müzakirə olunacaq.