“Ermənistan bir şeyi düşünməlidir ki, Azərbaycanın səbri sonsuza qədər davam edəsi deyil. Budəfəki cəza çox ağır ola bilər. Ermənistanın mövcudluğu sual altında qala bilər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Ermənustan silahlı qüvvələrinin davam edən təxribatına münasibət bildrən hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, sülh sazişi ilə bağlı danışıqlar intensivləşəndə cəbhədə belə təxribatlar törədilir. E.Həsənli qeyd edib ki, Ermənistan həmişə belə şeylər edib. Hətta elə vaxt olub ki, parlamentlərində baş naziri və parlament spikerini qətlə yetiriblər.
“Bu, Ermənistanınn tarixidir. Axır vaxtlar Nikol Paşinyan etiraf edir ki, vəziyyəti gərginləşdirən Rusiyada işləyən “5-ci kalon”un zabitləri, generallarıdır. Ancaq onun bu fikirləri inandırıcı deyil. Paşinyan özü işin içərisindədir. “Qarabağ Ermənistandır, nöqtə!” fikrini Paşinyan səsləndirmişdi. O, oğlunu Qarabağa, Azərbaycan ərazisinə əsgərliyə göndərirdi. Yəni təxribatlar erməni psixologiyasından yaranır, onlar istəmir sülh olsun. Beynəlxalq qurumlar, Avropa Birliyi onları sülhə gətirmək istəyir”.
Müsahibimizə görə, həm keçən il, həm də bu il danışıqlar intensivləşib. Onun dediyinə görə, mayın 14-də Brüsseldə danışıqlar olacaq, 19-da Azərbaycan və Ermənist xarici işlər nazirləri görüşəcək. Daha sonra gözlənilir ki, iyun ayının 1-i Fransa və Almaniya prezidentlərinin iştirakı ilə sülh sazişi imzalanacaq. Amma ermənilər deyirlər ki, siyasi cəhətdən razılaşdırılmamış məqamlar var. İndi də atəşkəsi pozaraq sülh sazişi imzalamaqdan yayınırlar”.
“Həm siyasi, həm də hərbi təxribar Ermənistan tərəfindən törədilib. Ermənistan bir şeyi düşünməlidir ki, Azərbaycanın səbri sonsuza qədər davam edəsi deyil”, - deyə Emin Həsənli vurğulayıb.
Aytac Aslan
















