• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

DÜNYA

10 Iyul 2025 | 11:30

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) dost və qardaş Azərbaycan ilə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə hazırdır.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ŞKTC Prezidenti Ersin Tatar Lefkoşada Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov ilə görüşündə bildirib.

Görüşdə, həmçinin Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu və Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Nadir İsmayılov iştirak ediblər.

Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən turizm və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ersin Tatar qeyd edib ki, Lefkoşa Bakı və Ankara ilə “Bir millət, üç dövlət” ideyası əsasında əlaqələri inkişaf etdirir. O vurğulayıb: “Şimali Kiprə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə ürəkdən minnətdaram”.


SON XƏBƏRLƏR