• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanıldı

CƏMİYYƏT

28 Oktyabr 2025 | 16:55

Evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanıldı

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR