• Bakı 26° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Əziz Yıldırımın 100 milyon avroluq əməliyyatı

İDMAN

17 Iyun 2026 | 12:41

Əziz Yıldırımın 100 milyon avroluq əməliyyatı

Türkiyənin “Fənərbaxça” futbol klubu yeni oyunçuların alınması üzərində işlərini davam etdirir. Klubun orezidenti Əziz Yıldırım, bununla yanaşı komandanın mövcud oyunçuları üçün də təklifləri qiymətləndirir.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, ən çox tələb Jayden Oosterwoldedədir. Hollandiyalı mərkəz müdafiəçisinin İtaliyadan üç təklifi var və rəhbərlik bu transferdən 25 milyon avro qazanmağı planlaşdırır.

İngilis sol cinah müdafiəçisi Arçi Braun üçün 15 milyon avroluq transfer haqqı müəyyən edilib. Maaşına görə gələn mövsüm komandada nəzərdən keçirilməyən və bəzi ingilis klublarının radarında olan Nelson Semedodan da 5 milyon avro gəlir gözlənilir.

Yunanıstan və Braziliyadan transfer təklifi alan Fred üçün 5 milyon avro transfer haqqı müəyyən edilib.

Rəhbərlik bu dörd oyunçudan ən azı 50 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Oğuz Aydın, Sofyan Amrabat, Ederson və Dorgeles Nenenin gələcəyi qeyri-müəyyəndir. Bu oyunçular getsə, klub 100 milyon avrodan çox transfer haqqı alacaq.

“Fənərbax”çanın ötən mövsümün əvvəlində transfer etdiyi Dorgeles Nene maraq doğurub. Ötən yay oyunçu üçün ödənilən eyni məbləğ olan 18 milyon avro təklif edilib. Lakin rəhbərlik hələ qərar verməyib. Nenenin bu təklifə maraq göstərmədiyi də bildirilir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026