• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

F-16-lar Su-34-lə yalnız bu cür mübarizə apara bilər

DÜNYA

03 Mart 2024 | 11:00

F-16-lar Su-34-lə yalnız bu cür mübarizə apara bilər

F-16 təyyarələri cəbhə xəttində idarə olunan bombalarla ukraynalı müdafiəçiləri sıxışdıran Rusiyanın Su-34 bombardmançıları və Su-30SM qırıcıları ilə effektiv mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.

"Əgər F-16-lar döyüşə girməzdən əvvəl müasir effektiv silahlarla bizə təhvil verilsə, biz təhlükəyə məruz qalmadan ruslara qarşı effektiv hərəkət edə bilərik", - ekspert deyib.

Romanenko bildirib ki, düşmənin Su-34 bombardmançıları və Su-30SM çoxməqsədli qırıcıları ilə F-16 duelinin mürəkkəbliyi düşmən təyyarələrinin hansı məsafədə aşkar oluna biləcəyindən və rusların bizim təyyarələrimizi hansı məsafədən görə biləcəyindən asılı olacaq:

"Əgər biz F-16-ları alsaq, onların (rusların - red.) radarı maksimum 120-140 km-də işləyəcək, düşmən təyyarələrinin silahlandığı raketlərin uçuş məsafəsi isə əsasən 120 km-dir. Əgər biz ən müasir Amerika raketlərinin ixrac versiyasını əldə etsək, onda biz onları 150-160 km-də vura bilərik"./axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2024