Xəbər verdiyimiz kimi, dünən Tovuzun Xatınlı kəndində 42 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Kəmalə Əmrahova həkim-pediatr imiş.
O, Novruz bayramını qeyd etmək üçün əmisigilə qonaq gedibmiş. Hadisə də K.Əmrahova hamam otağında olarkən baş verib.
K.Əmrahova pediatr kimi Bakıda və Türkiyədə bir sıra klinikalarda çalışıbmış. O, Azərbaycan Pediatrlar Assosasiyasının üzvü imiş.
Hadisə ilə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.