• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Fayon: Azərbaycan COP29-u yüksək səviyyədə keçirib

SİYASƏT

17 Aprel 2025 | 13:43

Fayon: Azərbaycan COP29-u yüksək səviyyədə keçirib

Azərbaycan COP29 iqlim konfransını yüksək səviyyədə təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sloveniyanın xarici işlər naziri Tanya Fayon Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Sloveniya elm, təhsil, turizm də daxil olmaqla bir sıra sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

"Paralel olaraq biznes forum keçirilir və artıq səsləndirildiyi kimi, bəzi müqavilələr artıq imzalanıb. Biz həmçinin kosmik texnologiyaların istifadəsi, çay hövzələrinin dayanıqlı idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma məsələlərini müzakirə etdik", - T.Fayon qeyd edib.

Nazir hər iki ölkənin iqlim risklərinə məruz qaldığını vurğulayıb.

"Bu yaxınlarda iqlim sammitini uğurla təşkil etməsi münasibətilə Bakını təbrik edirəm. Lakin gələcəkdə ekstremal hava hadisələrinə daha yaxşı müqavimət göstərmək üçün iştirakımızı davam etdirməli və iddialı olmalıyıq", - o əlavə edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025