• Bakı 20° C

    13.89 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu

DÜNYA

12 Sentyabr 2025 | 09:25

Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəm - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilinin E-1 bölgəsində məskunlaşanlar üçün minlərlə mənzil tikmək planlarını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu haqda Yerusəlimdən bir neçə kilometr aralıda yerləşən Maale Adumim şəhərində keçirilən mərasimdə danışıb.

    Eyni zamanda o, İsrailin bu torpağı özününkü hesab etdiyini və ayrıca Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini açıqlayıb.

    "Maale Adumimdə biz öz vizyonumuzu həyata keçiririk. Ona görə də bu gün çox mühüm gündür. Maale Adumim şəhəri iki dəfə böyüyəcək. Beş il ərzində burada 70 min insan yaşayacaq. Bu, böyük dəyişiklikdir", - deyə o bildirib.


    SON XƏBƏRLƏR

    11 Sentyabr 2025