• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Feysbuk hesabları ilə bağlı rəsmi XƏBƏRDARLIQ - FOTO

MULTİMEDİA

27 Dekabr 2023 | 18:40 | Müəllif: Subhan Mahmudov

Feysbuk hesabları ilə bağlı rəsmi XƏBƏRDARLIQ - FOTO

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Bu barədə Bakıvaxtı.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.


Feysbuk hesabları ilə bağlı rəsmi XƏBƏRDARLIQ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026