• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Apple"dan sonra ən dəyərli şirkət oldu

MULTİMEDİA

24 Yanvar 2024 | 23:33 | Müəllif: Subhan Mahmudov

"Apple"dan sonra ən dəyərli şirkət oldu

"Microsoft"un bazar dəyəri 3,01 trilyon dollara çatıb, səhmləri 1 il ərzində 68 faiz dəyər qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla da "Microsoft" 3,03 trilyon dollarlıq bazar dəyəri ilə "Apple"dan sonra ən dəyərli şirkət olub.

Bir il ərzində səhmləri 68 faizdən çox dəyər qazanan "Microsoft"un səhm dəyəri bu gün 1 faizdən çox artaraq 404,78 dollara çatıb.

Çərşənbə günü "Microsoft"un səhmlərindəki artım rəqəmsal yayım platforması "Netflix"in dünən maliyyə nəticələrini açıqlamasından sonra texnologiya səhmlərindəki artımla müşayiət olunub. Texnologiya səhmlərinin üstünlük təşkil etdiyi "Nasdaq" indeksi bu gün 1 faizdən çox dəyər qazanıb.

İlk dəfə 1986-cı ildə 1 milyard dollarlıq bazar dəyərinə çatan "Microsoft", bu ayın əvvəlində qısa müddət ərzində dünyanın ən dəyərli şirkəti olaraq "Apple"ı geridə qoyub.

"Microsoft"un səhmlərinin yüksəlməsi, son vaxtlar süni intellekt işlərinə diqqət yetirməsi ilə diqqət çəkib. İnvestorların "Microsoft"un süni intellekt sərmayələrinə müsbət reaksiya verməsi səbəbindən şirkətin səhmləri ilin əvvəlindən 7 faizdən çox artıb.

Analitiklər "Microsoft"un məhsuldar süni intellektlə bağlı mövqeyinin daha da gücləndiyini və şirkətin yanvarın 30-da açıqlanacaq balansının investorların diqqət mərkəzində olduğunu qeyd ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR