• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“WhatsApp”ın yeni mətn formatları – FOTO

Multİmedia

22 Fevral 2024 | 12:22

“WhatsApp”ın yeni mətn formatları – FOTO

 “WhatsApp” tərtibatçıları messencerə yeni mətn formatı seçimləri əlavə ediblər.

Bakıvaxtı.azbu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, sitatları vurğulamaqla və digər mətn formatlarından istifadə etməklə mesajları strukturlaşdırmaq mümkündür.

Qalın hərflərlə (*Mətn*), kursivlə (_Mətn_), üstü xəttlə (_Mətn_) mətni vurğulamaq üçün artıq mövcud üsullara yenilər əlavə olunub.

Belə ki, monospace şrift ( ```Mətn```), markerlər (- Mətn) və nömrələmə (1. Mətn) yazaraq bu funksiyadan istifadə etmək mümkündür.

Bundan əlavə, WhatsApp istifadəçiləri formatlaşdırmanı (Mətn) qoruyaraq indi sitatı (>Mətn) vurğulaya və kod parçalarını yapışdıra bilərlər.

Yeni funksiyalar artıq Android, iOS, Mac və messencerin veb versiyasında bütün WhatsApp istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, oxşar mətn formatlama üsulları Telegram-da da mövcuddur.

Mina Mikayılova

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024