• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

TikTok dezinformasiya ilə mübarizə aparacaq

Multİmedia

15 Fevral 2024 | 10:33

TikTok dezinformasiya ilə mübarizə aparacaq

Siyasi dezinformasiya iddiaları ilə gündəmə gələn TikTok bu vəziyyətə çarə tapmaq qərarına gəlib. 

Bakıvaxtı.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, ByteDance-a məxsus sosial media platforması bildirib ki, iyun ayında keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində 27 ölkədə yerli dil tətbiqi ilə saxta xəbərlərlə mübarizəni gücləndirəcək.

TiktTok fərdi yerli dildə "seçki mərkəzlərinin" ilk dəfə 2021-ci ildə işə salındığını, Yunanıstan, Hollandiya, Polşa, Slovakiya və İspaniyanın seçkiyə getməsi ilə keçən il sürətləndiyini qeyd edib.

Tətbiq avropalıları seçki prosesi haqqında daha yaxşı məlumatlandırmaq üçün hazırlanıb.

Dünyanın hər yerində hökumətlər və siyasətçilər dezinformasiyanın yayılmasından və seçkilərə təsir etmək üçün süni intellekt tərəfindən yaradılan dərin saxtakarlıqlardan və xüsusən də sosial media platformalarının rolundan narahatdırlar.

Şirkət bildirib ki, Avropa Parlamenti deputatlarının, təxminən, 30%-i TikTokdan istifadə edir.

TikTok-un Təhlükəsizlik rəhbəri Kevin Morqan bloq yazısında yazıb: "Gələn ay biz 27 Aİ-yə üzv dövlətin hər biri üçün yerli dildə seçki mərkəzini tətbiq edəcəyik ki, insanlar faktı uydurmadan asanlıqla ayıra bilsinlər. Yerli seçki komissiyaları və qeyri-hökumət təşkilatları ilə birlikdə bu Seçki Mərkəzləri yaradılacaq. Bu mərkəzlər cəmiyyətimizin etibarlı və mötəbər məlumatları tapa biləcəyi bir yer olacaq".

Şirkət şəffaflığı və hesabatlılığı artırmaq üçün yaxın aylarda xüsusi dezinformasiya hesabatları təqdim edəcək.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024