• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Telegram Ukraynada BLOKLANIR?

Multİmedia

16 Mart 2024 | 01:05

Telegram Ukraynada BLOKLANIR?

Ukrayna hakimiyyəti Telegram-ı öz təhlükəsizliyinə təhdid hesab etməsinə baxmayaraq, hələ ki, ölkədə Telegram-ı bloklamaq fikrində deyil.

Bakıvaxtı.az xəbər verir ki,  barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDC) rəhbəri Andrey Kovalenko bildirib.

"Telegram-ın bloklanması məsələsi indi problem deyil" deyə Kovalenko Forbes jurnalının Ukrayna versiyasına bildirib. Mərkəzin rəhbəri əlavə edib ki, işçi qruplar Ukrayna hərbçilərinin, siyasətçilərinin və dövlət sirlərinə çıxışı olan məmurların Telegram-dan necə təhlükəsiz istifadə edə biləcəyini müzakirə edirlər.

Eyni zamanda, Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişinin sözlərinə görə, Telegram-ın qadağan edilməsi və bloklanması Kiyevin “yalnız bir kritik ehtiyac yarandıqda” istifadə edə biləcəyi son çarədir.

Ukraynada son aylar Telegram-ın ölkənin milli təhlükəsizliyinə potensial təhdid məsələsi aktiv şəkildə müzakirə olunur.


SON XƏBƏRLƏR