• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“WhatsApp”da daha bir yenilik

MULTİMEDİA

05 Aprel 2024 | 13:48

“WhatsApp”da daha bir yenilik

“WhatsApp”a yeni funksiya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, iPhone üçün “WhatsApp”ın beta versiyasında videolara kiçik pəncərədə baxmaq imkanı verən “şəkildə şəkil” funksiyası aşkar edilib.

Yenilik iOS üçün WhatsApp-da 24.7.10.73 nömrəsi altında müşahidə edilib. “TestFlight” xidməti vasitəsilə tətbiqin beta versiyasını quraşdıranlar “WhatsApp”a üzən pəncərə rejimində göndərilən “YouTube” və “Instagram”dan videolara baxa bilərlər.

Gələcəkdə funksiya birbaşa messencerə yüklənmiş videofayllarla da işləyəcək.

Yeni şəkil içində şəkil video funksiyası hazırda inkişaf mərhələsindədir və yalnız beta testinin bir hissəsi kimi əlçatandır.

Yeniliyin bütün WhatsApp istifadəçiləri üçün dəqiq nə vaxt işləyəcəyi barədə məlumat verilmir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026