• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"TikTok"dan yeni tətbiq

MULTİMEDİA

09 Aprel 2024 | 12:45

"TikTok"dan yeni tətbiq

“TikTok” yaradıcıları yeni sosial şəbəkə istifadəyə verir.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, “TikTok” istifadəçiləri yeni “TikTok Notes” tətbiqinin tezliklə istifadəyə verilməsi ilə bağlı bildirişlər almağa başlayıb.

Bu proqramın istifadəçilərə öz “TikTok” hesablarında fotoları dərc etməyə və mövcud nəşrlərə baxmağa imkanı verəcəyi bildirilir.

Sosial şəbəkələrdə görünən skrinşotlar göstərir ki, istifadəçilər istəsələr, yeni funksiyadan istifadə etməkdən imtina edə bilərlər.

TikTok nümayəndələri jurnalistlərə yeni xidmətin inkişafını təsdiqləsələr də, hələlik dəqiq işə salınma tarixi açıqlanmayıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026