"Xiaomi" şirkəti Harry Potter üslubunda hazırlanmış Redmi Turbo 3 smartfonu və Redmi Pad Pro planşetini təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə fotolarını "Xiaomi" prezidenti Lu Veybinq Çinin Weibo sosial şəbəkəsindəki səhifəsində dərc edib.
Smartfon və planşetin adi dizaynı da daxil olmaqla tam təqdimatı aprelin 10-da baş tutacaq.
Bununla belə, şirkət artıq cihazların "Harry Potter Edition" adlı eksklüziv versiyada buraxılacağını açıqlayıb.
Mina Mikayılova