• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Telegram"ın dəyəri açıqlandı

MULTİMEDİA

11 Mart 2024 | 18:57 | Müəllif: Subhan Mahmudov

"Telegram"ın dəyəri açıqlandı

"Telegram" potensial investorlar tərəfindən 30 milyard dollardan çox qiymətləndirilir.

Bakıvaxtı.az  bildirir ki, bunu sosial şəbəkənin həmtəsisçisi Pavel Durov "Financial Times"-a müsahibəsində bildirib.

O qeyd edib ki, 30 milyard dollarlıq qiymətləndirmə o cümlədən qlobal texnologiya fondları tərəfindən müəyyən edilib.

"Financial Times" yazıb ki, Durov "Telegram"ın satışını istisna edib.

İş adamı "Telegram" səhmlərinin bir hissəsini adi istifadəçilərinə satmaq barədə düşünəcəyini də söyləyib.

Durov onu da bildirib ki, "Telegram"ın artıq 900 milyon istifadəçisi var, şirkətin bu və ya gələn il qazanc əldə edəcəyini gözləyir.

O, maraqlı mümkün yeniliklər arasında "Telegram"ın süni intellektə əsaslanan çat botunu təqdim etməyi düşündüyünü də əlavə edib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026