• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək -Yeni bot yaradıldı

Multİmedia

02 Aprel 2024 | 11:26

Azərbaycanda süni intellektlə hüquqi yardım göstəriləcək - Yeni bot yaradıldı

Hazırda "elektron vəkil sorğusu" layihəsi üzərində yekun işlər aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasınən rəyasət heyətinin sədri Anar Bağırov bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

A.Bağırov bildirib ki, burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur:

"Bu problemlərin aradan qaldırılması istiqamətində müvafiq normativ hüquqi akt layihələri Ədliyyə Nazirliyi ilə birgə hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir.

Rəqəmsallaşma sahəsində müasir trendləri daim izləyən Vəkillər Kollegiyası süni intellektin imkanlarından da istifadə edilməsi istiqamətində işlər aparmaqdadır. Belə ki, yaxın zamanda Kollegiyanın "Elektron vəkillik" Komitəsi tərəfindən hazırlanan "Pro Bono" çat botu istifadəyə verəcək. Bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək".


SON XƏBƏRLƏR