• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkədə “WhatsApp”a giriş məhdudlaşdırıldı

MULTİMEDİA

19 Aprel 2024 | 11:58

Bu ölkədə “WhatsApp”a giriş məhdudlaşdırıldı

Amerikanın “Apple” korporasiyası “WhatsApp” messencerini və “Threads” xidmətini Çində “AppStore” onlayn mağazasından yığışdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “9to5Mac” portalı məlumat yayıb.

Məlumata görə, Çin hakimiyyəti "Apple"dan bu proqramları silməyi tələb edib.

Müvafiq sərəncamdan məlum olduğu kimi, qərar milli təhlükəsizlik məqsədilə qəbul edilib.

“Biz fəaliyyət göstərdiyimiz ölkələrin qanunları ilə razılaşmasaq belə, onlara əməl etməyə borcluyuq”.

Şirkət əməkdaşları əlavə edib ki, Çin tələblərinə əməl etməkdən imtina etsələr, sanksiyalarla üzləşə bilərlər.

Həmçinin bildirilib ki, Çin rəhbərliyi ölkədə "AppStore" onlayn mağazasına girişi məhdudlaşdıra bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026