• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dövlət qurumlarında bu sahədə boşluqlar var

Multİmedia

14 Mart 2024 | 15:00

Dövlət qurumlarında bu sahədə boşluqlar var

Ötən ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 139 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Bakıvaxtı.az XRİTDX-yə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 40 % artım deməkdir.

Təkcə fevral ayında 71 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki aya nisbətən 4,4 %, bir il əvvəlki göstərici ilə müqayisədə 15 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.


SON XƏBƏRLƏR

26 Aprel 2024