• Bakı 21° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"WhatsApp"da bu da oldu - FOTO

Multİmedia

06 Mart 2024 | 13:57

WhatsAppda bu da oldu - FOTO

"WhatsApp" tərtibatçıları messencer üçün stikerlərin yaradılmasını asanlaşdırmaq istəyirlər.

Bakıvaxtı.azbu barədə "Gazeta.ru"ya istinadla xəbər verir.

Belə ki, “WhatsApp”ın versiyalarından birində birbaşa çatda fotodan stiker yaratmaq funksiyası aşkar edilib .

Mənbənin məlumatına görə, "WhatsApp"ın Android üçün beta versiyasında 2.24.6.5 nömrəsi altında stiker redaktoru aşkar edilib ki, bu da istənilən şəkli açarkən onu stikerə çevirməyə imkan verir. Bunu etmək üçün sadəcə bir fotoşəkil açıb, üç şaquli nöqtə kimi görünən "Seçimlər" düyməsini basıb və sonra açılan menyudan "Stiker yarat" bölməsini seçmək lzımdır. İstifadəçidən dərhal stiker saxlamaq və ya redaktə etmək təklif olunacaq, bundan sonra onu istənilən söhbətə göndərə bilərlər.

Qeyd edək ki, əvvəllər bu funksiya iOS-da "WhatsApp" istifadəçiləri üçün əlçatan idi. İndi o, Androiddə bəzi beta istifadəçiləri tərəfindən istifadə edilə bilər.

İşləyən stiker redaktoru olan messencerin tam versiyasının bütün platformalarda buraxılış tarixi açıqlanmayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR