• Bakı 19° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Artıq “Telegram”da pul qazanmaq mümkün oldu

Multİmedia

01 Aprel 2024 | 11:22

Artıq “Telegram”da pul qazanmaq mümkün oldu

"Telegram" messencerində min nəfərdən çox auditoriyaya malik ictimai kanalların sahibləri üçün monetizasiya tətbiq edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə resursun mətbuat xidməti məlumat yayıb.

"Telegram kanallarının müəllifləri artıq gəlirin 50%-ni nümayiş etdirilən reklamlardan əldə edə biləcəklər", - press-relizdə bildirilir.

Şirkətdən verilən məlumata görə, yenilik mükafatları komissiyasız geri əldə etməyə imkan verəcək, pul həm də messencerdəki reklamlara, kolleksiya ünvanlarına və ya premium abunəçiliyin əldə edilməsi üçün xərclənə bilər. Kanal sahibləri üçün vəsaitin əldə edilməsi qarşıdan gələn həftələrdə "Fragment" platformasında mümkün olacaq.

"Telegram kanalları ayda 1 trilyondan çox baxış toplayırlar", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR