• Bakı 8° C

    11.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Google”da daha bunu etmək mümkün olmayacaq

MULTİMEDİA

01 Aprel 2024 | 09:25 | Müəllif: Subhan Mahmudov

“Google”da daha bunu etmək mümkün olmayacaq

"Google" gələn həftə ABŞ-də "Google Podcasts"ı bağlayacaq.

Servis bağlandıqdan sonra podkastları "YouTube Music"də dinləmək mümkün olacaq.

Bakıvaxtı.az xəbər verir ki, "Google" hazırda ABŞ-dəki istifadəçilərinə aprelin 2-dən etibarən "Google Podcasts"dan istifadə edə bilməyəcəkləri barədə bildirişlər göndərir.

Qeyd edək ki, "Google Podcasts" striminq xidməti altı il əvvəl istifadəyə verilib. Xidmət istifadəçilərinə nəinki podkastların geniş seçimini təmin edib, həm də onları daha sonra "oflayn" rejimdə dinləmək üçün öz cihazlarına yükləməyə imkan verirdi.

"Google", "Google Podcasts"ı dayandırmaq və "YouTube"a keçmək qərarının istifadəçi davranışı və seçimlərinə uyğun olduğunu bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026