• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"WhatsApp" mesajına görə bu tələbəyə ÖLÜM CƏZASI KƏSİLDİ

Multİmedia

10 Mart 2024 | 19:15

WhatsApp mesajına görə bu tələbəyə ÖLÜM CƏZASI KƏSİLDİ

Pakistan məhkəməsi Məhəmməd peyğəmbəri təhqir edən "WhatsApp" mesajlarına görə iki gənci cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Indian Express" yazır.

İş üzrə təqsirləndirilən şəxslərin 22 yaşlı tələbə və 17 yaşlı oğlan olduğu bildirilir. Birincisi, Məhəmməd peyğəmbər və onun həyat yoldaşları haqqında aşağılayıcı sözlər ehtiva edən foto və videoya görə ölümə məhkum edilib. Öz növbəsində, ikincisi məzmun yaydığına görə ömürlük həbs cəzası alacaq.

Şikayət Pakistan Federal Təhqiqat Agentliyinin kibercinayətkarlıq bölməsinə 2022-ci ildə daxil olub. Bunu üç müxtəlif mobil nömrədən foto və video materialları alan yerli sakin yazıb.

Bundan əvvəl Pakistanda özünü yeni peyğəmbər elan edən Salma Tanvir adlı qadın küfrdə təqsirli bilinərək edam cəzasına məhkum edilib./publika.az


SON XƏBƏRLƏR

26 Aprel 2024