• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

MULTİMEDİA

17 Yanvar 2024 | 22:10 | Müəllif: Subhan Mahmudov

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik

"Telegram" mesencerində maraqlı funksiya işə salınıb. Yenilik audio və videoismarışlarla bağlıdır.

Bakıvaxtı.az bildirir ki, artıq istifadəçilər ilk dinləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə bilərlər.

Bunun üçün audiomesaj yazarkən üzərində "1" rəqəmi olan düymə seçilir, nəticədə alıcı onu yalnız bir dəfə dinləyə biləcək.

Bənzər funksiya videomesajları yazarkən də işləyir.

Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və videomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə ediblər.

Funksiya tətbiqin yenilənmiş versiyasında mövcuddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026