• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Vatsapda bu da mümkün olacaq

MULTİMEDİA

09 Fevral 2024 | 20:20 | Müəllif: Subhan Mahmudov

Vatsapda bu da mümkün olacaq

Vatsapın dəstək xidməti ilə əlaqə saxladığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında vatsapın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək.

"Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi tərəfindən yaradılacaq", - materialda deyilir.

Qeyd olunub ki, AI-nin xidmətə tətbiqinə baxmayaraq, neyron şəbəkənin cavabı onların problemini həll etməsə, istifadəçilər yenə də kömək üçün real operatora müraciət edə biləcəklər.

Yeni funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026