• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Facebook” və “Instagram” çökdü - YENİLƏNİB

MULTİMEDİA

05 Mart 2024 | 22:28 | Müəllif: Subhan Mahmudov

“Facebook” və “Instagram” çökdü - YENİLƏNİB

Uğursuzluğa görə fəaliyyətini dayandıran Meta Korporasiyasının xidmətləri yenidən istifadəçilər üçün əlçatan olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Endi Stoun X səhifəsində məlumat verib.

Stoun yazıb:

"Texniki problemə görə insanlar bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkdilər. Biz problemi hər kəs üçün mümkün qədər tez həll etdik və yaranan narahatlığa görə üzr istəyirik".

Qeyd edək ki, 359 mindən çox insan “Facebook”un, 56 min nəfər isə “Instagram”ın fəaliyyətində problem olduğunu bildirib.


20:30

Qırmızı dənizdə dörd "HGC Global Communications" kabeli zədələnib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqda yerləşən "HGC Global Communications" Qırmızı dənizin dibindəki dörd dənizaltı telekommunikasiya kabelinin kəsildiyini və bunun trafikin təxminən 25%-nə təsir etdiyini açıqlayıb. 

Şirkətdən zərəri azaltmaq üçün dünya üzrə trafikin istiqamətini dəyişdirmək və Qırmızı dənizdə hələ də aktiv olan 11 kabel vasitəsilə trafiki paylamaq üçün addımlar atıldığı bildirilib.

Qeyd edək ki, təbii fəlakətlər və gəmiçilik səbəbindən hər il dünyada 200-ə qədər sualtı internet kabelləri zədələnir.

 

19:28

"Facebook" və "Instagram"ın fəaliyyətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.

Problemin qaynağı barədə "Meta" tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR