• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması tələb edilir

CƏMİYYƏT

20 Dekabr 2023 | 20:51 | Müəllif: Subhan Mahmudov

Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması tələb edilir

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub.

Bakıvaxtı.az xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb.

Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib. 

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu "La Vida" MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu "Altus" MMC-nin sahibi kimi də tanınır./qafqazinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026