• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Finlandiya hakimiyyəti razılıq verdi: NATO-ya üzv olur

DÜNYA

14 May 2022 | 21:10

Finlandiya hakimiyyəti razılıq verdi: NATO-ya üzv olur

Finlandiyanın hakim Sosial Demokratlar Partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı səsvermədə 53 nəfər lehinə, 5 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.

Bununla da Sosial Demokratlar Partiyası tarixi qərar verərək, Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsini təsdiqləyib. Sosial-demokratlarla yanaşı, Finlandiyanın digər parlament partiyalarının əksəriyyəti artıq NATO-ya müraciətin tərəfdarı olduqlarını elan ediblər.

Xatırladaq ki, daha əvvəl Finlandiyanın Baş naziri Sanna Marin və Prezidenti Sauli Niinistö Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı fikri dəstəklədiklərini bildiriblər.

Beləliklə, mayın 15-də Finlandiya hökuməti və Prezidenti ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsi ilə bağlı rəsmi qərar verəcək. Daha sonra bu qərar təsdiqlənməsi üçün parlamentə göndəriləcək.(axar.az)


SON XƏBƏRLƏR

08 Iyul 2025