• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna hərbçiləri Donetsk vilayətinin 3 kəndini azad edib

DÜNYA

13 Iyun 2022 | 17:38

Ukrayna hərbçiləri Donetsk vilayətinin 3 kəndini azad edib

“Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 3 kəndini Rusiya qoşunlarından azad edərək cəbhə xəttində 15 km irəliləyiblər”.

Bakıvaxtı.az UNN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması bildirib.

“Düşmən artilleriyası bir dəqiqədə susmur. Onların üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçıya itki bahasına başa gəlir”, -məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də tədricən irəliləyirlər: “Donetsk vilayətində 3 kənd azad edilib, cəbhə bölgəsində 15 km irıliləmişik”.

Məlumata əsasən, Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının hərbi texnikasını da məhv edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026