• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

NATO-nun bu ölkədəki təlimləri başa çatdı

DÜNYA

13 Iyun 2022 | 18:14 | Müəllif: Subhan Mahmudov

NATO-nun bu ölkədəki təlimləri başa çatdı

İsveçin Qotland adasında NATO-nun "Baltops-22" təlimləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Atlantika Alyansının Baltik dənizində ən böyük təlimi iyunun 5-dən NATO-ya üzv 14 ölkənin, o cümlədən Türkiyə, həmçinin İsveç və Finlandiyanın iştirakı ilə baş tutub.

Manevrlərə 45 gəmi və 7800 hərbçi cəlb olunub.

İsveçin müdafiə naziri Peter Hultqvist təlimlər zamanı Rusiya hərbi təyyarələrinin adaya yaxın uçuşlar edərək təlim iştirakçılarını narahat etməyə cəhd etməsini qəbuledilməz adlandırıb.

58 min əhalisi olan Qotland adası tarixi boyu dəfələrlə işğala məruz qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026