• Bakı 13° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Finlandiya viza almaq üçün maliyyə zəmanətlərini artırıb


 

DÜNYA

02 Yanvar 2024 | 16:17

Finlandiya viza almaq üçün maliyyə zəmanətlərini artırıb 

Finlandiya Şengen vizası alan səyahətçilər üçün maliyyə zəmanəti tələbini gündə 30 avrodan 50 avroya qədər artırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2024-cü il yanvarın 1-dən Finlandiyaya qısamüddətli qalmaq üçün gələn səyahətçilərin ölkədə qaldıqları hər gün üçün ən azı 50 avro məbləğində vəsaiti olmalıdır”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu maliyyə zəmanəti 90 gündən çox olmayan səfərlərə şamil edilir.


SON XƏBƏRLƏR

31 Mart 2026