• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyib

SİYASƏT, DÜNYA

01 Fevral 2024 | 14:57

Aİ Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyib

Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.

Aİ mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 27 liderin hamısı təşkilatın büdcəsi çərçivəsində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması barədə razılığa gəliblər: "Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək. Aİ Ukraynanı dəstəkləməkdə lider olaraq qalır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026