• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edildi

SİYASƏT

01 Mart 2024 | 21:25

Azərbaycanla Albaniya arasında viza rejimi ləğv edildi

 Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniya Respublikasının xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan və Albaniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişafı üçün mövcud imkanlara dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” imzalanıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024