• Bakı 21° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Pakistan-Azərbaycan əlaqələri getdikcə dərinləşir - Səfir

SİYASƏT

29 Mart 2024 | 21:52

Pakistan-Azərbaycan əlaqələri getdikcə dərinləşir - Səfir

Pakistan və Azərbaycan arasında əlaqələr getdikcə dərinləşməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, təhlükəsizlik, müdafiə, mədəniyyət, təhsil və digər sahələrdə uğurla davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan İslam Respublikasının Milli Günü münasibətilə martın 29-da təşkil edilən rəsmi qəbulda deyib.

Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Pakistanın bundan sonra da davamlı inkişaf edərək güclənəcəyindən əminliyini ifadə edib.

"Biz inanırıq ki, Azərbaycan Qarabağ problemini uğurla həll etdiyi kimi, Pakistan da Kəşmir məsələsini həll edəcək. Ölkələrimiz hər zaman bir-birini dəstəkləyib və bu dəstək bundan sonra davam etdiriləcək", - deyə Bilal Haye vurğulayıb

 


SON XƏBƏRLƏR

28 Aprel 2024