• Bakı 19° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İranın Bakıdakı səfiri fəaliyyətini davam etdirəcək - AÇIQLAMA + YENİLƏNİB

SİYASƏT

30 Mart 2024 | 00:52

İranın Bakıdakı səfiri fəaliyyətini davam etdirəcək - AÇIQLAMA + YENİLƏNİB

2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın diplomatik mənbəyindən bildirilib.

"Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı ancaq ondan tələb olunmuşdur ki münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin", - deyə məlumatda qeyd olunub. 

 

21:02

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbədən "Tasnim"ə məlumat verilib.

Məlumata görə, artıq İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gələcək.


SON XƏBƏRLƏR

28 Aprel 2024