• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Litva məktəblərində rus dilinə QADAĞA

DÜNYA

01 Fevral 2024 | 14:05

Litva məktəblərində rus dilinə QADAĞA

“Litva Təhsil, Elm və İdman Nazirliyi Vilnüs meriyasının yeni tədris ilində rus dili ilə bağlı qərarını müsbət qiymətləndirir”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Qintautas Yakştas “Ziniu radijas” radiostansiyasına müsahibəsində bildirib.

Qərara əsasən, yeni tədris ilində Litva və Polşa məktəblərində ikinci xarici dil kimi öyrənilməsi təklif olunan rus dilindən imtina ediləcək.

“Meriyanın qərarını çox müsbət qiymətləndirirəm”, - o deyib.

Xatırladaq ki, yanvarın 26-da Vilnüs meriyası bəyan edib ki, sentyabr ayından 6-cı sinif şagirdlərinə rus dilini ikinci xarici dil kimi öyrənməyi təklif etməyəcək. Onlar Avropa Birliyi ölkələrinin dillərindən birini seçə bilərlər.

Qeyd edək ki, Litvada birinci xarici il (ingilis) ibtidai siniflərdən, ikinci isə 6-cı sinifdən öyrənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026