• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Baydendən Qəzza açıqlaması: Havadan yardım edəcəyik

DÜNYA

02 Mart 2024 | 10:26

Baydendən Qəzza açıqlaması: Havadan yardım edəcəyik

ABŞ prezidenti Co Bayden Ağ evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. 

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, Oval Ofisdəki görüş zamanı mətbuata verdiyi açıqlamada Bayden dünən yardım gözləyən fələstinlilərə edilən hücuma toxunub və hücumu "faciəli bir hadisə" kimi qiymətləndirib. 

“Həyat itkisi ürək ağrıdır. İnsanlar o qədər çarəsizdirlər ki, günahsız insanlar ailələrini dolandıra bilməyən dəhşətli müharibənin içinə girirlər”. - deyə ABŞ lideri deyib. 

ABŞ-ın Qəzza zolağında daha çox şey etməli olduğunu vurğulayan Bayden "Önümüzdəki günlərdə İordaniya və digər ölkələrdəki dostlarımızla birlikdə hava yardımı edəcəyik" deyib. 

Bölgəyə yol daşımalarının artırılmasında və İsrailin yardım çatdırmasını asanlaşdırmaqda israr edəcəklərini ifadə edən Bayden söyləyib ki, burada heç bir bəhanə yoxdur, çünki həqiqət Qəzzaya gələn yardımın kifayət etməməsidir:

“Günahsızların, uşaqların həyatı təhlükədədir. Onlar orada daha çox kömək almayana qədər biz dayanmayacağıq. Biz bir neçə yük maşını yox, yüzlərlə yük maşını göndərməliyik”.. 

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024