• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Seçkidən sonra silahlı insident: Yaralılar var

DÜNYA

01 Aprel 2024 | 09:10 | Müəllif: Qalib İbrahimoğlu

Seçkidən sonra silahlı insident: Yaralılar var

Türkiyədə bələdiyyə seçkisindən sonra silahlı insident olub.

Bakıvaxtı “Anadolu”ya istinadla xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb.

Belə ki, Arnavutköydə qohumlar arasında baş verən silahlı insidentdə 2 nəfər yaralanıb.

Məlumata görə, qohum ailələr arasında muxtar seçilməsi ilə bağlı mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Hadisə zamanı həmin vaxt küçədən keçən Mahmut D. (32) və məhəllə sakini Mustafa A. yaralanıb.

Əraziyə polis və tibb qrupları göndərilib. Yaralılar tibb işçilərinin ilkin tibbi yardımından sonra xəstəxanaya aparılıb.

Polis əməkdaşları bölgədə təhlükəsizlik tədbirləri görüb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026