• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Odessanı atəşə tutub: ölənlər var

DÜNYA

01 May 2024 | 05:31 | Müəllif: Gülşən Şərif

Rusiya Odessanı atəşə tutub: ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Bakıvaxtı.az report.az-a istinadən xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərə ballistik raketlərlə hücum edib.

“Hücum nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Mülki infrastruktura ziyan dəyib”, – o qeyd edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin 1 milyona yaxın əhalisi olan Odessa şəhərinə sonuncu hücumu aprelin 29-da gerçəkləşdirilib. Həmin hücum nəticəsində 5 nəfər ölmüş, 23 nəfər yaralanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026